Suşidən zəhərlənən tələbələrdən xəbər var
Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, tələbələrin vəziyyəti normaldır.
Qeyd edək ki,ötən həftə BDU-nun Kimya fakültəsinin 4 tələbəsi yedikləri qidadan sonra mədələrində narahatlıq hiss ediblər. Zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılan tələblərin mədələri yuyulub, sistem köçürülüb, evə buraxılıblar.
Tələbələrin özlərinin dediyinə görə, universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur.
Aytac Aslan
















