• Bakı 8° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tarlada basdırılmış 3 meyit aşkarlandı - FOTOLAR

DÜNYA

23 May 2023 | 16:49 | Müəllif: Qalib İbrahimoğlu

Tarlada basdırılmış 3 meyit aşkarlandı - FOTOLAR

İstanbulun Silivri Değirmenköy səmtində torpağa basdırılmış 3 cəsəd tapılıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cəsədlərin itkin düşən kimi axtarılan Sevgi Demirci və iki uşağına aid olduğu güman edilir. Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.

İddialara görə, Sevgi Demirci oğlu Eren Polat və qızı Rümeysa Polatla 2,5 il əvvəl İstanbulda şübhəli şəkildə yoxa çıxıb. Dəmirçi ailəsi ilə birlikdə uşaqlarını tapmaq üçün televiziya proqramına qatılıb.

Verilişdə Sevgi Demirci və uşaqlarının son görüldüyü yerin Silivri olduğu qeyd edilib. Bu iddialarla bağlı jandarma qrupları Silivridə axtarış əməliyyatına başlayıb. Qrup Silivri Değirmenköydəki yaşıl sahədə qazıntı işləri aparıb.

Qazıntı zamanı torpağa basdırılmış 3 cəsəd tapılıb. Cəsədlərin itkin kimi axtarılan Sevgi Demirci, oğlu Eren Polat və qızı Rümeysa Polata aid olduğu ehtimal edilir.

Murad Məmmədli


Tarlada basdırılmış 3 meyit aşkarlandı - FOTOLARTarlada basdırılmış 3 meyit aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR