• Bakı 25° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Maskla Zukerberq “rinq”ə çıxacaqlar

DÜNYA

22 Iyun 2023 | 15:51

Maskla Zukerberq “rinq”ə çıxacaqlar

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq tviter sosial şəbəkəsinin sahibi İlon Maskla “qəfəs döyüşü” keçirməyə hazır olduğunu deyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Zukerberq öz sosial şəbəkə hesabında paylaşıb. 

“Mənə ünvanı göndər”, - deyə Zukerberq Maskın çağırışına cavab verib.

Qeyd edək ki, xarici mediada yer alan məlumata görə, biznesmenlər arasında mübahisə hələ iyunun əvvəli başlayıb. Bu zaman “Meta”nın menecerlərindən biri şirkət rəhbərliyinə tviterə rəqib ola biləcək “Threads” (yaxud Project 92) tətbiqinin necə olacağını təqdim edib. 

Bunun ardınca Mask sözügedən məlumatları tənqid etdikdə sosial şəbəkə istifadəçilərindən biri milyarderə Zukerberqin ciu-citsu idman növü ilə məşğul olduğunu və ehtiyatlı olmasını tövsiyə edib. Mask isə “Qəfəs döyüşünə hazıram” deyə milyarderə çağırış edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026