• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanlı iş adamı başından güllələndi

DÜNYA

03 Avqust 2023 | 19:43 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı iş adamı başından güllələndi

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən "Lilo Mall" ticarət mərkəzində silahlı insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Bildirilib ki, silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir.

Qeyd edilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.

Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.

Faktla bağlı cinayət işi açılıb./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026