Tbilisidə yaşayan 21 yaşlı azərbaycanlı Aytac Məmmədova itkin düşüb.
Bakıvaxtı.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə aprelin 1-i axşam saatlarında baş verib.
Azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Kosalı kəndindən olan Aytacın Tbilisi Dövlət Universitetinin II kurs tələbəsi olduğu bildirilir. O, təhsil aldığına görə paytaxtda yaşayıb.
Anasının sözlərinə görə, qızı ilə son telefon danışıqları dostunun doğum gününə getməsi barədə olub.
Qeyd edək ki, Tbilisidə Kür çayının sahilində Aytacın telefonu, çantası və ayaqqabısı aşkarlanıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, A.Məmmədovanın axtarışları davam etdirilir.
Daha ətraflı süjetdə: