Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunun, Cəlilabadın Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağzadəni vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.