Tovuz rayonunda yaşayış binasında tüstüdən zəhərlənənlərin vəziyyəti açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 04.04.2025-ci il tarixində saat 13:00 rədələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə 9 nəfər (5-i kişi, 4-ü qadın cinsli olmaqla) hospitalizasiya edilib.
Onlardan üçü azyaşlıdır.
Xəstələrə zəruri tibbi yardım göstərilib. 1 nəfərin vəziyəti orta ağır, digərlərinin vəziyyəti isə kafi qiymətləndirilir.
Qeyd edək ki, Tovuz şəhəri, Vaqif küçəsində beşmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində ümumi sahəsi 50 kv.m. olan üçotaqlı mənzilin yanar konstruksiyaları yanıb, qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı köməksiz vəziyyətdə qalmış 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas olunub, 7 nəfər təhlükəsiz əraziyə təxliyə edilib,
Mina Mikayılova