Tərtərdə meşə zolağlnda yanğın olub.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğın rayonun Gülabadlı kəndi ərazisində qeydə alınıb.
“112” qaynar telefon xəttinə Tərtər rayonunun Gülabadlı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində meşə zolağında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 0.8 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.
















