• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Tərtərdə toy edənlər cərimələndi

CƏMİYYƏT

27 Mart 2021 | 12:57

Tərtərdə toy edənlər cərimələndi

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, mart ayının 26-da Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kənd sakini Bəxtiyar Babayev yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy mərasimi təşkil etdiyi müəyyən edilib.

B. Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026