• Bakı 18° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Tokayev Ermənistana gedəcək

DÜNYA

08 Dekabr 2023 | 11:28

Tokayev Ermənistana gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Ermənistana səfərə dəvət edib.

Bakıvaxtı.az Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, Kasım-Jomart Tokayevlə Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Tokayev ikitərəfli münasibətlərin inkişaf etdiyini, möhkəmlənməsinə hər iki ölkənin hökumət və parlamentləri səviyyəsində fəal siyasi dialoq, qarşılıqlı fəaliyyətin kömək etdiyini qeyd edib.

Qazaxıstan rəhbərinin sözlərinə görə, mədəni və humanitar əməkdaşlıq dinamik inkişaf edir.

Tərəflər nəqliyyat, logistika və ticarət kimi sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün perspektivli istiqamətləri müzakirə ediblər.

Ermənistan hökumətinin başçısı Qazaxıstan liderini ölkəsinə səfərə dəvət edib və dəvət Tokayev tərəfindən qəbul olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR