“İran Hörmüz boğazının bağlanmasını istəmir, əksinə gündə 500 milyon dollar qazana bilməsi üçün onun açıq qalmasını arzulayır”.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
O qeyd edib ki, əgər Tehran Hörmüz boğazının bağlanmasını istədiyini iddia edirsə, bu, sadəcə ABŞ-nin İranı tamamilə blokladığı üçündür:
“Buna görə də onlar sadəcə nüfuzlarını qorumağa çalışırlar".
"Vaşinqton Hörmüz boğazını yenidən açmaq qərarına gəlsə, liderləri də daxil olmaqla, onların ölkəsinin qalan hissəsini də partladacağıq. Əks halda İranla heç vaxt razılaşma olmayacaq”, - deyə Donald Tramp bəyan edib.
Aydın Baxış
Bakı 




