• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Tünzalə Ağayevadan Vasif Məhərrəmli ilə bağlı ETİRAF: "Ağlayırdı..." 

MƏDƏNİYYƏT

14 Fevral 2022 | 14:41 | Müəllif: Qalib İbrahimoğlu

Tünzalə Ağayevadan Vasif Məhərrəmli ilə bağlı ETİRAF: "Ağlayırdı..."

Xalq artisti Tünzalə Ağayeva Əməkdar artist Vasif Məhərrəmli ilə bağlı etiraf edib. 

Bakıvaxtı.az xəbər verir ki, müğənni "Şourum" proqramında "Deyirlər ki" rubrikasında məclislərdən birində dediyi "Vasif, sən oxuya bilmirsən" söhbətinə aydınlıq gətirib:

"Dilarə Kazımovanı 3 dəfə oxutdum, mahnıdan doymurdum. Onun dalğasında mikrofonu aldım, musiqiçilərdən xahiş etdim ki, tempi saxlayın. Düşündüm ki, Vasif coşdu, deyir mən də oxuyum. Ritmdən çıxmadım, sözü elə dedim. Əslində demək istəyirdim ki, Vasif, bu janr sənlik deyil. Onu qısaldıb dedim. Sonra videoya baxanda gülməkdən yerə yıxıldım. Vasif medianın əlindən ağlayırdı, bütün sənət adamları onu sakitləşdirirdi. Saytlar çox yazdı: Tünzalə Vasifi boğdu, öldürdü, əzdi. Dedim, Vasif rahatla. Amma o rahatlıq ala bilmədi".

Xalq artisti deyib ki, bu, Əməkdar artistin həssas nöqtəsi var idi, çözmək istədi: "Mən də ona bu şəraiti yaratdım, dedim, gəl danışaq".

Qeyd edək ki, Tünzalə Ağayeva və Vasif Məhərrəmli daha sonra video çəkib yayaraq, məsələyə aydınlıq gətirmişdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026