• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Türkiyə Hava Yolları Rusiya kartları ilə ödənişə icazə verdi

DÜNYA

03 Fevral 2023 | 13:24

Türkiyə Hava Yolları Rusiya kartları ilə ödənişə icazə verdi

Türkiyə Hava Yollarında (Turkish Airlines) Rusiya kartları ilə bileti ödəmək yenidən mümkün olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ödənişi təkcə “Mir” kartları ilə deyil, “Visa” və “Mastercard” ilə də etmək mümkündür.

"Hazırda səyahətçilər üçün Rusiya kartları ilə ödənişlər mövcuddur, lakin bəzi hallarda ödənişlər qəbul olunmaya və ya ödənişdən sonra bilet ləğv edilə bilər", deyə THY-dən bildirilib.

Məlumata görə, vəsaitlərin qəbulu sxemi ya aviaşirkətin veb-saytını Rusiyanın ödəniş xidmətlərinə qoşmaqla, ya da Milli Ödəniş Kartı Sistemi ilə müqaviləsi olan “dost ölkələrin” bankları vasitəsi ilə işləyə bilər. Bundan başqa, sanksiyalar tətbiq edilən bankların kartları ilə də əməliyyatlar həyata keçirilir.

 


SON XƏBƏRLƏR

23 Aprel 2024