• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Türkiyə ordusu daha 11 terrorçunu zərərsizləşdirib

DÜNYA

07 May 2022 | 19:03 | Müəllif: Subhan Mahmudov

Türkiyə ordusu daha 11 terrorçunu zərərsizləşdirib

Türkiyə Müdafiə Nazirliyi Suriyada PKK-ya qarşı əməliyyatlarla bağlı yeni məlumat yayıb.

Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, Türkiyə xüsusi təyinatlıları PKK-nın 11 terrorçusunu zərərsizləşdirib.

Terrorçular Suriyanın şimalında keçirilən əməliyyat çərçivəsində məhv edilib.

Mayın 4-də Türkiyə Müdafiə Nazirliyi Suriyanın eyni bölgəsində 24 yaraqlının məhv edildiyi barədə məlumat yaymışdı.

Türkiyə 2017-ci ildən bəri Suriyanın şimalında üç hərbi əməliyyat keçirib, nəticədə Hələbin şimalında təhlükəsizlik zonası yaradılıb, Afrin terrorçulardan təmizlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026