• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Türkiyədə atışma: 5 nəfər öldü

DÜNYA

06 Aprel 2025 | 10:26 | Müəllif: Subhan Mahmudov

Türkiyədə atışma: 5 nəfər öldü

Türkiyənin şimal-qərbində silahlı insidentdə azı beş nəfər ölüb, bir o qədər də yaralanıb.

Bakıvaxtı.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

“Sakaryanın Serdivan rayonunda qonşu iki ailə arasında mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində hər iki tərəf bir-birinə tapança ilə atəş açıb. Silahlı dava zamanı beş nəfər ölüb, beş nəfər yaralanıb”, – məlumatda bildirilib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı dörd nəfər saxlanılıb. Dörd tapança maddi sübut kimi götürülüb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR