• Bakı 11° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Türkiyəyə uzanan çirkli əllər... - Ərdoğan

DÜNYA

23 Oktyabr 2024 | 22:28

Türkiyəyə uzanan çirkli əllər... - Ərdoğan

TUSAŞ-a qarşı terror aktı “Tam Müstəqil Türkiyə” idealımızın simvolu olan ölkəmizin sağ qalmasını, millətimizin əmin-amanlığını və müdafiə təşəbbüslərimizi hədəf alan alçaq bir hücumdur. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb.

"Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər qüvvə öz məqsədlərinə çata bilməyəcək", - Ərdoğan bildirib.

Qeyd eək ki, bu gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasında terror aktı törədilib. Nəticədə 4 nəfər şəhid olub, 14-ü isə yaralanıb.


SON XƏBƏRLƏR

23 Oktyabr 2024