“Rusiyanın Belqorod vilayətinin Borisovka qəsəbəsi Ukrayna tərəfindən atəşə tutulub”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı regionun rəhbəri Vyaçeslav Qladkov öz teleqram kanalında açıqlayıb.
“Ukrayna Silahlı Qüvvələri Borisovka qəsəbəsini atəşə tutub. İlkin məlumata görə, xəsarət alan yoxdur. Kvadrokopterdən inzibati binalardan birinin üzərinə partlayıcı qurğu atılsa da, yanğın baş verməyib”, - deyə Qladkov qeyd edib.
Xatırladaq ki, Qladkov mayın 22-si bir qrup ukraynalı diversantın Belqorod vilayətinin ərazisinə daxil olduğu barədə məlumat yayıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Sərhəd Xidməti, Rusiya Qvardiyası və Federal Təhlükəsizlik Xidməti ilə yanaşı diversiya qrupunun zərərsizləşdirilməsi üzrə lazımi tədbirlər görürlər. Regionda antiterror əməliyyatı rejimi elan edilib.
















