Ukrayna Silahlı Qüvvələri bütün Kiyev vilayətini ruslardan azad edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
"İrpin, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçılardan azad edildi", - o qeyd edib.
Xatırladaq ki, bu gün Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç Ukrayna hərbçilərinin Kiyev vilayətində 30-dan çox yaşayış məntəqəsini azad etdiyini bildirmişdi.















