• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı

DÜNYA

27 Mart 2021 | 10:39

ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq ictimaiyyəti yoxsul ölkələrə peyvənd yardımına çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib ki, bu ilin birinci rübü başa çatır, lakin 36 ölkə vaksinasiya kampaniyasına başlaya bilmək üçün hələ də COVAX təşəbbüsü çərçivəsində peyvənd gözləyir.

Onun sözlərinə görə, həmin ölkələrdən 16-sı növbəti iki həftə ərzində COVAX tərəfindən peyvəndlə təmin olunacaq. Yerdə qalan 20 ölkə üçün təcili şəkildə 10 milyon doza peyvənd tələb olunur.

T.Qebreyesus bir sıra ölkələrin istehsal olunan əksər peyvənd kontingentini satın alması nəticəsində COVAX təşəbbüsü çərçivəsində peyvənd dozalarının çatdırılmasının çətinləşməsindən şikayətlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026