• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Üzgüçülərimiz dünya çempionatını 5 medalla bitirdilər

İDMAN

07 Avqust 2023 | 14:49

Üzgüçülərimiz dünya çempionatını 5 medalla bitirdilər

Azərbaycan para-üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatını 5 medalla başa vurublar.

Bakıvaxtı.az xəbər verir ki, mundialda üç idmançı ilə təmsil olunan milli 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzməkdə qızıl, eyni məsafəyə arxasıüstə üzməkdə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə butterflyay üsulla üzməkdə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.

Eyni zamanda, Roman Saley və Vəli İsrafilov Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR