• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Vaqif Süleymanov müəllimlərin atestasiyasından danışdı - VİDEO

CƏMİYYƏT

15 Aprel 2025 | 10:50

Vaqif Süleymanov müəllimlərin atestasiyasından danışdı - VİDEO

"Bəzi müəllimlər deyirlər ki, “biz 20-30 ilin müəllimiyik”. Amma etiraf etməliyik ki, 30 il əvvəlki bilik baqajı ilə bu gün işləmək çox çətindir. Çünki bütün sahələrdə olduğu kimi, təhsildə də davamlı inkişaf baş verir. Bu irəliləyiş musiqi sahəsində də aydın hiss olunur".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov deyib.

Onun sözlərinə görə, 30 il əvvəlki ifalarla bu günkü ifaları müqayisə etdikdə, nə qədər yeniliklərin baş verdiyini, ifa texnikalarının necə püxtələşdiyini görmək mümkündür ki, biz də bu dəyişikliklərə uyğunlaşmalı, zamanla ayaqlaşmalıyıq:

"Ona görə mən müəllimlərimizdən xahiş edirəm ki, öz üzərlərində çalışsınlar. Atestasiyaya var, bitdi, olacaq, olmayacaq - bu həyat tərzidir. Ancaq müəllim gündəlik öz üzərində çalışmalıdır, işləməlidir. Ona görə də bundan sonra atestasiyaya cəlb olunan müəllimlərə öz xeyir-duamı verirəm".

 


SON XƏBƏRLƏR