• Bakı 26° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Vaşinqton görüşü dünyanın barış tarixinin ən önəmli səhifəsi olacaq

SİYASƏT

13 Avqust 2025 | 17:33

Vaşinqton görüşü dünyanın barış tarixinin ən önəmli səhifəsi olacaq

“8 avqust 2025-ci il dünyanın barış tarixinin ən önəmli səhifələrindən olacaq”.

Bunu Bakıvaxtı.az-a deputat Məlahət İbrahimqızı ABŞ prezidenti Donald Tramp, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün əhəmiyyətindən danışarkən deyib.

8 avqust gecəsinin bütün dünyanın Vaşinqtonda, Ağ Evdə baş verənləri həyacanla izlədiyini deyən M.İbrahimqızı bildirib ki, bu da təbiidir:

“Son on illiklərdə dünyada ildən ilə artan silahlı münaqişələr dünyanı artıq təngə gətirib. Artıq elə bir durumdur ki, uzun illər sabitlik və sülh şəraitində yaşayan ölkələrdə gözlənilmədən münaqişə baş verir. Yəni bu gün artıq insanlarda davamlı sülh anlayışına inam demək olar ki, tamamilə itmək üzrədir. Ona görə də hansı coğrafi ərazidə sülhün bərqərar olmasından asılı olmayaraq, dünya insanı sülh təşəbbüslərini izləyir, alqışlayır və dəstəkləyir”.

Müsahibimiz qeyd edib ki, bu mənada  Azərbaycan və Ermənistan dövlətləri arasında münasibətlərin tənzimlənməsi və sülh sazişinin imzalanması ilə bağlı sənədin  paraflanması, daha doğrusu İlham Əliyevlə Nikol Paşinyan arasında ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən Zirvə görüşünün yekunlarına dair birgə bəyannamənin imzalanması mühüm tarixi bir hadisə idi.  Onun sözlərinə görə, həm də bu hadisə təkcə Azərbaycan və Ermənistan üçün deyil, Cənubi Qafqaz və kürəsəl barış üçün XXI əsrin ən əlamətdar hadisələrindən biridir:

“Əminik ki, bu sənəd çağdaş dünyanın tarixinin sülh və barış səhifələrində önəmli yer tutacaq”.

Məlahət İbrahimqızı: Vaşinqton görüşü kürəsəl barış üçün XXI əsrin ən əlamətdar hadisələrindən biridir

Deputat deyib ki, 8 avqustdan bir həftəyə yaxın keçməsinə baxmataraq, dünyanın ən aparıcı media səhifələrində, düşüncə quruluşlarında, eləcə də sosial mediada hələ də  bu üçlü Zirvədə qəbul edilmiş qərarlar baş mövzu kimi müzakirə edilir:

“Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, bu şərh və təhlillərin müəlliflərindən bəziləri Azərbaycana qarşı qeyri obyektiv,  ermənipərəst mövqe sərgiləsə də, yenə də üçlü zirvədə paraflanmış  sənədi mütərəqqi bir sənəd kimi dəyərləndirirlər”.

Əli Hüseynov


SON XƏBƏRLƏR