• Bakı 16° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Xavi “Barsa”dan GEDİR

İDMAN

29 Yanvar 2024 | 15:50

Xavi “Barsa”dan GEDİR

"Barselona"nın baş məşqçisi Xavi Hernandes  mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 44 yaşlı mütəxəssis bu barədə “Vilyareal”la matçdan sonra keçirilən mətbuat konfransında danışıb.

Xavi “Barselona”nın dəyişməyə ehtiyacının olduğunu deyib: “İyunun 30-da komandadan ayrılacam. Bu, prezident və komanda ilə danışdıqdan sonra verdiyimiz qərardır. "Barselona"nın dəyişməyə ehtiyacı var”.

Qeyd edək ki, ötən mövsümü “Laliqa”da çempionluqla başa vuran "Barselona" bu mövsüm zirvədən çox uzaqda qalıb. 22 həftənin sonunda 8 matçda xal itirən “Barselona”  44 xal toplayıb. Lider "Real Madrid"dən 10 xal geri qalan kataloniyalılar üçüncü pillədə qərarlaşıblar. “Laliqa”nın hazırkı durumda ikincisi isə 52 xalla “Jirona”dır.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR