• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Liverpul” tarixində üçüncü baş məşqçidir

İDMAN

27 Fevral 2024 | 23:19

“Liverpul” tarixində üçüncü baş məşqçidir

Yurqen Klopp "Liverpul" tarixində İngiltərə Liqa Kubokunu bir dəfədən çox qazanan üçüncü baş məşqçidir.

Bakıvaxtı.az bildirir ki, mersisaydlılar ötən bazar günü "Uembli"də finalda Londonun "Çelsi" klubunu məğlub edərək (1:0) 2023/2024 mövsümü üçün Liqa Kubokunu qazanıblar.

Klopp üçün bu turnirdəki qələbə karyerasında ikinci olub. 

Alman mütəxəssis bundan əvvəl 2021/2022 mövsümündə "Liverpul"un başında İngiltərə Liqa Kubokunu qazanmışdı. Mersisayd klubunun bütün tarixində cəmi üç məşqçi bu turniri bir dəfədən çox qazanıb. Bunlar Yurgen Kloppdan başqa, Jerar Ulye (2001 və 2003) və Bob Peyslidir (1981, 1982, 1983).

Yurgen Klopp 2015-ci ilin oktyabrından "Liverpul"u çalışdırır. Bu mövsümün sonunda mütəxəssis klubu tərk edəcək./lent.az


SON XƏBƏRLƏR

26 Iyul 2024