• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Özümü öldürmək istəyirdim” - Riçarlison

İDMAN

28 Mart 2024 | 13:00

“Özümü öldürmək istəyirdim” - Riçarlison

Brazilya millisinin üzvü Riçarlison özünü öldürmək istədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, buna səbəb kimi ölkəsinin yığmasının 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 finalında mübarizəni dayandırmasını göstərib.

Futbolçu “ESPN Brasil”ə açıqlamasında bu barədə danışıb: “Dünya çempionatında zirvədə olanda oynayırdım. Daha sonra depressiyaya düşdüm. Sadəcə ölümü düşünür, özümü öldürmək istəyirdim”.

Qeyd edək ki, futbolçu mundialdan sonra psixoloqa getdiyini təsdiq etmişdi. 


SON XƏBƏRLƏR

26 Aprel 2024