• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Hemiltonu "Mercedes"də əvəzləyə biləcək namizədlər açıqlanıb

İDMAN

28 Mart 2024 | 13:05

Hemiltonu Mercedesdə əvəzləyə biləcək namizədlər açıqlanıb

"Formula 1" üzrə dünya çempionatında iştirak edən "Mercedes" komandasının pilotu Lüis Hemiltonu 2025-ci ildə əvəzləyə biləcək sürücülər müəyyənləşib.

Bakıvaxtı.az "Planetf1" nəşrinə istinadən xəbər verir ki, namizədlər "Red Bull"da çıxış edən Maks Ferstappen, "Aston Martin"dən Fernando Alonso, "Ferrari"dən Karlos Sayns, həmçinin "Formula 2"də çıxış edən italiyalı gənc Andrea Kimi Antonellidir.

Almaniya təmsilçisinin rəhbəri Toto Volf qərarın yaxın həftələrdə və ya aylarda verilməyəcəyini bildirib: "Mən bazarda vəziyyəti izləmək istəyirəm. Maks Ferstappen? Bəli, mən onu nəzərə alıram. Onun performansının səviyyəsini görürsünüz. Ancaq digər pilotları da kənara atmaq istəməzdim".

Qeyd edək ki, Lüis Hemilton növbəti mövsüm "Ferrari"yə keçəcək.


SON XƏBƏRLƏR

26 Aprel 2024