• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Chelsea”nin futbolçusu növbəti dəfə zədələndi

İDMAN

27 Fevral 2024 | 17:47

“Chelsea”nin futbolçusu növbəti dəfə zədələndi

İngiltərənin “Chelsea” klubunun futbolçusu Kristofer Nkunku növbəti dəfə zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tibbi müayinədən keçən 26 yaşlı hücumçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Kristofer Nkunku 2023-cü ilin yayında Almaniyanın “RB Leipzig” klubundan 60 milyon avro qarşılığında “zadəganlar”a keçib. Fransa millisinin üzvü dizindən əməliyyat olunduğu üçün mövsümün ilk hissəsini buraxıb. Sağalandan sonra ombasından zədələnən oyunçu son olaraq fevralın 17-də Premyer Liqada “Manchester City” ilə heç-heçə (1:1) etdikləri matçda oynayıb. Forvard cari mövsüm 7 qarşılaşmada 2 qola imza atıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024