İngiltərənin "Manchester City" klubunun futbolçusu Erlinq Holann "Manchester United"in sabiq oyunçusu Corc Bestin rekordunu təkrarlayıb.
Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı forvard buna ölkə kubokunun 1/8 finalında "Luton Town"a 5 qol vurmaqla nail olub.
Son olaraq Corc Best 1970-ci ildə bu turnirdə penta-trik edib.
Qeyd edək ki, qarşılaşma "şəhərlilər"in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Holann 2022-ci ildə 60 milyon avroya Almaniyanın "Borussiya" (Dortmund) klubundan "Manchester City"yə keçib.