• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

XTQ-nin şəhid leytenantı Sumqayıtda dəfn edildi

CƏMİYYƏT

15 Sentyabr 2022 | 21:17 | Müəllif: Subhan Mahmudov

XTQ-nin şəhid leytenantı Sumqayıtda dəfn edildi

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı, əslən İsmayıllıdan olan, 1988-ci il təvəllüdlü Elnur Sədaqət oğlu Səmədov Sumqayıtda dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı şəhidimizin nəşi yaşadığı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə şəhər rəhbərliyi, E.Səmədovun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. E.Səmədov düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026