"Barselona"nın hücumçusu Lamin Yamal klubun keçmiş müdafiəçisi Jerar Pike və məşhur müğənni Şakiranın birgə yaşadıqları malikanəni almağı planlaşdırır.
Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu dəbdəbəli villada sevgilisi Niki Nikolla yaşamağı düşünür.
Yamal həmin malikanəni alarsa, komanda yoldaşları Alexandro Balde və Ronald Arauxo ilə qonşu olacaq. Villa məxfiliyi və eksklüzivliyi ilə tanınan "Esplugues de Llobregat" məhəlləsində "Ciutat Diaqonal" yaşayış kompleksində yerləşir.
Xatırladaq ki, bu mövsüm Yamal "Barselona"nın heyətində La Liqada və UEFA Çempionlar Liqasında səkkiz oyun keçirib, üç qol vurub və beş məhsuldar ötürmə verib.
Bakı 


