• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Zelenski Belarusa xəbərdarlıq etdi

DÜNYA

13 Yanvar 2023 | 15:52

Zelenski Belarusa xəbərdarlıq etdi

“Belarus Rusiya tərəfindən müharibəyə cəlb olunarsa, bu, onun strateji səhvi olar”.

Bakıvaxtı.az  “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın TVP telekanalına müsahibəsində deyib.

O bildirib ki, Minsk Ukraynaya hücum etməkdən, Rusiyanın istəyini yerinə yetirməkdən qaçmalıdır: “Rusiyanın məqsədi Belarusu savaşa cəlb etməkdir. Belarusların vəzifəsi ölkənin Rusiya tərəfində müharibəyə tam cəlb olunmasının qarşısını almaq olmalıdır. Ölkələrini xilas etmək belarusluların işidir. Belarusun gələcəkdə sivil dövlətlər xəritəsində tutacağı yer bundan asılı olacaq”.

V.Zelenskinin fikrincə, Belarusun müharibəyə qoşulması həm strateji, həm də tarixi səhv olar.

Qeyd edək ki, Belarus hələ savaşa fəal şəkildə qoşulmayıb. Buna baxmayaraq, Rusiyanın Belarus ərazisindən hücumlar üçün istifadə etdiyinə dair məlumatlar yayılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026