• Bakı 24° C

    5.8 m/s

Zelenski Trampı Ukraynaya dəvət edir

DÜNYA

05 Noyabr 2023 | 22:31 | Müəllif: Subhan Mahmudov

Zelenski Trampı Ukraynaya dəvət edir

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada müharibəni 24 saat ərzində dayandırmağa qadir olduğunu dəfələrlə bəyan edən ABŞ-nin keçmiş prezidenti Donald Trampa bunun niyə mümkünsüz olduğunu 24 dəqiqə ərzində izah etməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Amerikanın NBC telekanalına müsahibəsində Ukrayna liderinin sözlərinə görə, vəziyyəti yalnız Ukraynada olmaqla başa düşmək olar. 

"Buna görə də, mən Trampı Ukraynaya dəvət edirəm. Əgər o, bura gələ bilsə, bu müharibə ilə bacara bilməyəcəyini, Putinə görə sülhün mümkün ola bilməyəcəyini izah etmək üçün mənə 24 dəqiqə lazım olacaq", - deyə Zelenski bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026