• Bakı 17° C

    1.68 m/s

Zelenski: Ukraynanın NATO-ya yaxın zamanda daxil olması ehtimalı azdır

DÜNYA

24 Iyun 2025 | 14:41 | Müəllif: Əli Hüseynov

Zelenski: Ukraynanın NATO-ya yaxın zamanda daxil olması ehtimalı azdır

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ölkəsinin yaxın zamanda NATO-ya daxil olması ehtimalı azdır.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna lideri bunu “Sky News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Alyans üçün dəyərli müttəfiqdir, çünki müharibə ilə bağlı unikal təcrübəyə, yeni texnologiyalara malikdir.

V.Zelenski bildirib ki, NATO-da belə təcrübə yoxdur və bu, Ukraynanı Alyans üçün vacib strateji tərəfdaşa çevirir.

Bununla belə, o, hazırda Ukraynanın NATO-ya üzvlüyünün mümkün olmadığını etiraf edib, lakin tərəflərin qarşılıqlı marağını vurğulayıb:

"Demirəm ki, biz NATO-da olacağıq. Lakin kimsə "Ukraynaya NATO lazımdır" deyəndə hesab edirəm ki, bu, qarşılıqlı ehtiyacdır. NATO-ya da ukraynalılar lazımdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026