• Bakı 25° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Suriya və Səudiyyə Ərəbistanı 6 milyardlıq sazişlər imzalayıb

DÜNYA

24 Iyul 2025 | 14:29

Suriya və Səudiyyə Ərəbistanı 6 milyardlıq sazişlər imzalayıb

Suriya və Səudiyyə Ərəbistanı dəyəri 6 milyard dollardan çox olan 47 saziş və anlaşma memorandumu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədlər Dəməşqdə keçirilən Suriya-Səudiyyə İnvestisiya Forumu çərçivəsində imzalanıb.

Sənədlər telekommunikasiya, kibertəhlükəsizlik və aviasiya sahələrini əhatə edir.

Forumda Suriya Prezidenti Əhməd əş-Şaraa, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih, eləcə də hər iki ölkənin dövlət və özəl təşkilatlarının nümayəndələri iştirak ediblər.

Nazir Xalid əl-Falih vurğulayıb ki, Səudiyyə Ərəbistanının nümayəndə heyətinin Dəməşqə səfəri krallığın Suriyanın bərpasına dəstəyini əks etdirir. Onun sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə yaradılan Səudiyyə-Suriya Biznes Şurası gələcək əməkdaşlığa və Suriya iqtisadiyyatının bərpasına yardıma görə məsul olacaq.


SON XƏBƏRLƏR