• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Zelenskidən tələb: Səfərbərlik elan et!

DÜNYA

20 Aprel 2021 | 00:40

Zelenskidən tələb: Səfərbərlik elan et!

Ukrayna Ali Radasının hakim Xalqın Xidmətçisi Partiyasından olan bir neçə deputatı Prezdent Vladimir Zelenskidən Rusiya ilə diplomatik əlaqələri kəsməyi tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən tələbin mətnini deputat Boqdan Yaremenko Feysbuk səhifəsində yayıb.

“Biz dinc insanlarıq. Amma təəssüf ki, qonşular müharibəyə hazır olanlara yox, sülh istəyənlərə hücum edirlər”, - Yaremenko bildirib.

Müraciətdə Zelenskidən Rusiya ilə əlaqələrə son qoymaq, Britaniya və ABŞ hərbi kontingentini Ukraynaya dəvət etmək tələb olunub.

Deputatlar, həmçinin prezidentin səfərbərlik elan etməsini də istəyiblər.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026