• Bakı C

    7.67 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” - VİDEO
ŞOU
25 Mart 2026 | 13:53

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” - VİDEO

Pop-diva Madonnanın yeni videosu müzakirələrə səbəb olub. 

Bakıvaxtı.az xəbər verir ki, 67 yaşlı ulduz instaqram hesabında Venesiya kanalları ilə qondolada gəzinti videosunu paylaşıb.

Burada o, tək deyil, gələcək bioqrafik filmdə Madonna rolunu canlandırmağa ən real namizədlərdən hesab olunan aktrisa Culiya Qarner ilə əks olunub. Videoda ikili 1984-cü ildə “Like a Virgin” hitinə çəkilmiş klipi canlandırmağa çalışıblar.

Lakin sosial şəbəkə istifadəçilərinin diqqətini daha çox Madonnanın xarici görünüşü çəkib. Onun dərisinin həddən artıq ideal, üzünün isə hamarlanmış olmasına toxunan pərəstişkarları videoya “Bu, artıq Madonna deyil, başqa biridir”, “Onlar yaşıd kimi görünürlər - bu isə heyran etməkdən daha çox qorxudur”, “67 yaşında 30 yaşında olduğun kimi necə görünmək olar? Çox qəribədir”, “O, sanki nəyin bahasına olursa-olsun, zamanı dayandırmağa çalışır”, “Botoksdan həddən artıq çox istifadə edib - üz mimikaları dəyişmir”, “İnana bilmirəm ki, bu odur. Əvvəllər onun canlı mimikası var idi” kimi şərhlər yazıblar. 

Sənətçinin xarici görüşünü ətrafındakı rezonans videonun qısa zamanda viral olması ilə nəticələnib. 

Qeyd edək ki, “Like a Virgin” mahnısının klipi də Venesiyada lentə alınıb. Həmin vaxt mahnı “Hot 100” bilbordunda ardıcıl altı həftə birinci yeri tutub, eyniadlı albomun isə dünya üzrə 21 milyondan çox nüsxəsi satılıb.

Hazırda Madonna İtaliyada “The Studio” serialının ikinci mövsümünün çəkiliçlərində iştirak edir./Qafqazinfo


SON XƏBƏRLƏR

24 Mart 2026