• Bakı C

    7.67 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb
SİYASƏT
25 Mart 2026 | 15:14

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb

Türkiyənin 24 vilayətində həyata keçirilən əməliyyatlar nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Müəyyən edilib ki, şübhəlilər terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım qurumları vasitəsilə şəbəkəyə maliyyə ötürüblər.

Qeyd olunub ki, saxlanılan şəxslər həmçinin sosial şəbəkə hesabları üzərindən terror təşkilatının təbliğatını aparıblar.


SON XƏBƏRLƏR

24 Mart 2026