Bakının Səbail rayonu, Neftçilər prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, buna səbəb Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində su xəttində yaranan problem olub.