• Bakı C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Bu, əsl sülhün başlanğıcı ola bilər... - Zelenski
SİYASƏT
11 Aprel 2026 | 21:35

Bu, əsl sülhün başlanğıcı ola bilər... - Zelenski

Ukrayna atəşkəsə əməl edəcək və Rusiyanın hərəkətlərinə uyğun addım atacaq. Bu gün Rusiya ordusunun atəşkəs şərtlərini pozması ehtimalına qarşı cavab tədbirlərimizin parametrlərini də müəyyən etmişik.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında Pasxa bayramına görə bu gün qüvvəyə minməsi gözlənilən müvəqqəti atəşkəs barədə danışarkən deyib.

Zelenski qeyd edib ki, əvvəllər Rusiyaya dəfələrlə müxtəlif atəşkəs formatları təklif ediblər:

"Biz inanırıq ki, Pasxa sülh və təhlükəsizlik dövrü olmalıdır. Pasxada atəşkəs əsl sülh hərəkatının başlanğıcı ola bilər və tərəfimizdən buna uyğun bir təklif var".

Zelenski bildirib ki, bayramdan sonra atəşkəs davam edərsə, Ukrayna ordusunun atacağı qarşılıqlı addımlarla bağlı detalları Rusiya tərəfi ilə bölüşüblər.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan edib. /Axar.az


SON XƏBƏRLƏR