• Bakı 12° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Ukrayna münaqişəsi belə həll edilə bilməz - Lavrov

DÜNYA

11 Aprel 2026 | 10:00

Ukrayna münaqişəsi belə həll edilə bilməz - Lavrov

Ukrayna münaqişəsi Rusiya üçün təhlükəsizlik zəmanətləri olmadan həll edilə bilməz.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"İndi siyasi-diplomatik həll perspektivi yaxınlaşdığı üçün danışıqlar masasında yer axtaran Avropa Birliyi Ukraynaya sülh yolu ilə həllin əsas elementi kimi möhkəm təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyindən danışıb.

AB-də heç kimin Rusiyanın təhlükəsizliyinə dair zəmanətlər barədə bir kəlmə də demədiyini və bu zəmanətlər olmadan münaqişənin həll edilə bilməyəcəyini bir kənara qoyaq, amma sual yaranır: AB bu zəmanətləri kimə vermək istəyir? Ruslara aid hər şeyi məhv etməyə davam edəcək və eyni zamanda macar, bolqar və rumınca olan hər şeyi əzməyə çalşan rejimə? Aydındır ki, Brüsseldən bu sualı soruşmağın mənası yoxdur”, - deyə o bildirib.


SON XƏBƏRLƏR

10 Aprel 2026