• Bakı 21° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

İran razılaşma üçün olan şərtini AÇIQLADI

SİYASƏT

11 Aprel 2026 | 14:44 | Müəllif: Zeynəb Rzayeva

İran razılaşma üçün olan şərtini AÇIQLADI

İranın Birinci vitse-prezidenti Mohammad Reza Aref Pakistanın paytaxtı İslamabadda keçiriləcək İran-ABŞ danışıqları ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, o, “X” platformasında paylaşım edərək bildirib ki, danışıqların nəticəsi qarşı tərəfin mövqeyindən asılı olacaq.

“Əgər İslamabadda “öncə ABŞ” deyənlərin nümayəndələri ilə danışıqlar aparsaq, dünya üçün faydalı bir razılaşmaya nail olmaq mümkündür. Lakin “öncə İsrail” deyənlərin nümayəndələri ilə qarşılaşsaq, heç bir razılaşma əldə olunmayacaq”, - o qeyd edib.

Aref vurğulayıb ki, razılaşma əldə olunmadığı təqdirdə İran öz müdafiə siyasətini qətiyyətlə davam etdirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026