• Bakı 11° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Ermənistan COP29-a niyə qatılmadı? - Onların düşüncələrində fərqli fikirlər var
COP29
13 Noyabr 2024 | 10:44

Ermənistan COP29-a niyə qatılmadı? - Onların düşüncələrində fərqli fikirlər var

Hazırda Azərbaycan çox böyük bir tədbirə ev sahibliyi edir. Ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında hazırda 80-ə yaxın ölkənin prezidenti, vitse-prezidenti, baş naziri və digər qonaqlar iştirak edir.

Lakin Ermənistanın bütün bəşəriyyət üçün mühüm önəmə malik olan belə bir tədbirdə iştirak etməməsi diqqət çəkir.

Maraqlıdır, Ermənistanın gəlməməsində məqsəd nədir?

Bununla bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, əgər Ermənistanın sülh çağırışlarına real cavab vermək niyyəti var idisə, onlar mütləq ölkəmizdə baş tutan COP29 iqlim konfransında iştirak etməli idilər.

Onların niyyətinin qeyri-səmimi bir məqsəd olduğunu vurğulayan deputat nəzərə çatdırıb ki, Azərbaycan demək olar, bütün dünyanın ölkələrini COP29-a dəvət edib.

Vüqar Rəhimzadə, deputat

V.Rəhimzadənin sözlərinə görə, son günlərə qədər Ermənistanın siyasi hakimiyyətində olan insanlar bu tədbirdə iştirak edib-etməməyə dair mülahizələr yürütsələr də, faktiki olaraq bu tədbir 2 gündür reallaşıb və Ermənistan iştirak etmir:

“Bu tədbir bütün bəşəriyyəti düşündürməlidir. Bəşəriyyət bununla bağlı addımlar atmalıdır. Ermənistanın iştirak etməməsi onların qeyri-səmimi olduqlarını, regionda sülhün bərqərar olmasına zidd hərəkət etdiyini göstərir. Düşünürəm ki, onların düşüncələrində fərqli fikirlər var”.

Millət vəkili nəzərə çatdırıb ki, COP29 bəşəriyyət üçün ciddi problem və fəsadlar verən iqlim problemlərinin həlli ilə bağlı çox mötəbər bir şansdır:

“Bu tədbirdə iştirak etməyən ölkələr, əlbəttə, dünya üçün COP29 çərçivəsində verilən töhvələrdən kənarda qalırlar. Onların mövqeyi, onların siyasəti, onların tutduqları yol bəşəriyyət, cəmiyyətlər, dünya üçün deyil, fərdi yanaşma və cılız məqsədlərlə COP29-a qısqanc münasibətin təzahürü kimi qiymətləndirilə bilər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Noyabr 2024