• Bakı 12° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

Azərbaycan nefti BAHALAŞDI

İQTİSADİYYAT

14 Noyabr 2024 | 10:02

Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,54 ABŞ dolları, yaxud 0,73 % artaraq 74,7 ABŞ dolları təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 72,28 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


SON XƏBƏRLƏR