1 noyabr 2024-cü il tarixinə Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 469.802 vahid artaraq 1.871.717 olub.
Bu barədə Bakıvaxtı.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 445.682 vahid artaraq 985.604 təşkil edib.