• Bakı 11° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

Hərəkətsizlik ciddi insan və iqtisadi itkilərə səbəb ola bilər - Muxtar Babayev

COP29

14 Noyabr 2024 | 14:27

Hərəkətsizlik ciddi insan və iqtisadi itkilərə səbəb ola bilər - Muxtar Babayev

İqlim böhranı bir çoxları üçün ekzistensial xarakter daşıyır və hərəkətsizlik ciddi insan və iqtisadi itkilərə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Transformasiyaedici iqlim fəaliyyəti: Maliyyə daxilolmalarından təsirə və Çoxtərəfli İnkişaf Banklarının katalitik təsirinə keçid" mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı bildirib.

M.Babayev qeyd edib ki, iqlim dəyişikliyindən təsirlənən icmalara qarşı mənəvi öhdəliklər var: “Bu yük çox vaxt öndə olanların və maliyyə resursları ən az olanların üzərinə düşür. Təxminlərə görə, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma xərcləri illik ÜDM-in 4-5 %-ni təşkil edir, borc öhdəlikləri isə bu məhdud resursların daha da tükənməsinə səbəb olur. İqlim maliyyəsi bu icmalar və iqlim dəyişikliyinin önündə olan milyonlarla insan üçün işləməlidir”.

O əlavə edib ki, COP29 il ərzində iqlim maliyyəsini mərkəzi element kimi qəbul edərək, iddialı milli iqlim planlarının həyata keçirilməsini və iqlim maliyyəsinin artırılmasını qarşıya məqsəd qoyub: “Ümumi çağırış budur ki, iqlim ehtiyacları trilyonlarla ölçülür”.

M.Babayev vurğulayıb ki, ambisiyalar və maliyyə arxitekturasında islahatların genişləndirilməsinə ehtiyac var: “Mövcud maneələri aşmaq üçün maliyyə sisteminin bütün iştirakçılarını cəlb etməliyik. COP rəhbərliyi sizin təkliflərinizi eşitməkdən məmnundur. COP24-də Çoxtərəfli İnkişaf Bankları (MDB) Paris Sazişinə uyğun fəaliyyət göstərmə öhdəliyini təsdiqləmişdi. O vaxtdan MDB-lər 2019-2023-cü illər arasında iqlim maliyyəsini iki dəfədən çox artırıb. Mərakeş Bəyannaməsində birgə iqlim səyləri üçün əsas addımlar müəyyən edilib. MDB rəhbərləri 2024-cü ildə iqlim fəaliyyətlərinin gücləndirilməsinin əsas yollarını təqdim ediblər və 1,5 dərəcə hədəfinə nail olmaq üçün səylərə öz töhfələrini veriblər”.

COP29-un prezidenti MDB-ləri milli iqlim planları üçün uyğunlaşma maliyyəsini artırmağa çağırıb: “Bu həftə aparıcı çoxtərəfli banklar 2030-cu ilə qədər illik kollektiv iqlim maliyyələşməsinin 170 milyard ABŞ dollarına çatdırılacağını, bunun 49 milyard ABŞ dollarının isə uyğunlaşma maliyyəsinə ayrılacağını proqnozlaşdırıblar”.


SON XƏBƏRLƏR

14 Noyabr 2024