• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bolqarıstanın birinci xanımı Şamaxıya səfər edib

SİYASƏT

14 Noyabr 2024 | 13:06

Bolqarıstanın birinci xanımı Şamaxıya səfər edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə gələn Bolqarıstan Respublikası Prezidentinin xanımı Desislava Radeva Şamaxıya səfər edib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, səfər zamanı qonaq Azərbaycanın ən qədim məscidində - Cümə Məscidində olub. Məscidin axundu Mərəhməd Mustafayev qonağa Azərbaycandakı multikultural mühit və dini dəyərlər barədə məlumat verib.

Sonra Desislava Radeva rayonun kənd təsərrüfatı və turizm müəssisələri ilə tanış olub. Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonağa Şamaxının tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışıb.

Bolqarıstanın birinci xanımı Şamaxıya səfəri zamanı "Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə olaraq ağac əkib.


Bolqarıstanın birinci xanımı Şamaxıya səfər edibBolqarıstanın birinci xanımı Şamaxıya səfər edib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026