• Bakı 11° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

Bu bəyannamə ermənilər üçün FACİƏDİR - Paşinyan

DÜNYA

14 Noyabr 2024 | 14:15

Bu bəyannamə ermənilər üçün FACİƏDİR - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsini “böyük problem və faciə” adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

“Son illərdə mən Müstəqillik Bəyannaməsini onlarla dəfə təkrar oxudum və dəhşətli nəticəyə gəldim. Bu Bəyannamənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi sual budur ki, əsl Ermənistan və Ermənistan vətəndaşı kimdir. Əsl Ermənistan vətəndaşı odur ki, Vətənini, Vətənini bu yerdən kənarda axtarmır”, - o qeyd edib.

Qeyd edək ki, Ermənistan Konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyıqımı barədə iddialar, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırılması narazılığa səbəb olub. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyə Respublikasının 6 şərq vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar. Azərbaycan konstitusiyanın dəyişdirilməsini tələb edir.


SON XƏBƏRLƏR

14 Noyabr 2024