• Bakı 11° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edir

CƏMİYYƏT

14 Noyabr 2024 | 17:54

Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edir

Azərbaycanın COP 29-a ev sahibliyi onun beynəlxalq arenada işgüzar fəaliyyətinin nəticəsidir.

Azərbaycan Şimalla-Cənub,Qərblə-Şərq arasında qovuşma məkanı olaraq enerji,mədəniyyət,o cümlədən də daşımalarla bağlı müxtəlifyönümlü beynəlxalq güclər arasında mütəhərrik koordinasiya mərkəzi olaraq br çox meqalayihələrin Azərbaycandan keçməsi onu getdikcə daha da cazibədar ölkəyə çevirməkdədir.Təqribən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP 29-a ev sahibliyinin həvalə edilməsi ölkəmizə etimadın və yuxarıda qeyd etdiyimiz çoxşsaxəli çevik dövlət siyasətinin məntiqi nəticəsidir.

COP 29-un sədri kimi ölkəmiz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensus yaradıcı ölkə kimi bütün qütblərarası logistik münasıbətlərə bu mənada böyük töhvələr verməkdədir.

Son dövrlərdə Azərbaycanın başladığı meqalayihələr Avrasiyanın enerji və daşımalarla bağlı yollarını dəyişməklə,çoxtərəfli əməkdaşlıq formatına üstünlük verən ölkə kimi nüfuzuna nüfuz qatmaqdır.Azərbaycan Respublikasının Prezidenti COP 29-un açılış mərasımındəki çıxışında dediyi kimi ” biz həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki,digər mühüm enerji layihələrini həyata keçirək.Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik...Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işlərini yaxınlarda bitirilməsinə toxunan cənab Prezident demişdir ki,bununla da onun imkanları iki qiqavat olacaqdır.Bu yalnız başlanğıcdır”,

Onun giriş nitqində toxunduğu digər mühüm istiqamət Azərbaycanın müasir Qlobal çağırışlar kontekstində mədəniyyətlərarası dialoqda da fəal rol oynamasıdır.İndi ölkəmizdə multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi ilə xarakterizə olunur.Xalqımız dini və etnik mənsubiyyətindən asılı olmayaraq digər millətlərə həmişə bir ailənin üzvü kimi yanaşmışdır.

Ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etməsi,eləcə də bir çox regional və qlobal layihələrdə həm iştirakçı,həm də ev sahibi fəaliyyətini çoxlarınnı gözü götürmür.Bu dəfə də bizlər onun şahidi olduq. Azərbaycan COP 29-a ev sahibliyi etməsi ilə hədəfə çevrildi,çoxvektorlu qarayaxma kompaniyası ilə qarşılaşdı.

Giriş nitqində bu məsələlərə toxunan ölkə Prezidenti qətiyyətlə bəyan etdi ki,”iki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar.Lakin bu bizim ideyamız deyildi.Bu,Avropa Komissiyasının təklifi idi.Avropa Komissiyasının Prezidenti iki il əvvə Bakıya gəlibbu sənədi bizimlə imzaladı.Çünki onlara bizim qazımız lazım idi;

- Əfsuslar olsun ki,ikili standartlar,digər ölkələrə dərs vermək adəti və siyası riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər,dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

 Mənim sonuncu mesajım o dairələrədir ki,onlar demək olar,artıq bir ildir boykotu təşviq edirlər.Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki,Bakıdakı COP 29-a qarşı boykot kampaniyası həyata keçirilsin.Onlara pis xəbərim var:bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var.Onların arasında 80 Prezident,Vitse-prezident və Baş nazir var.Beləliklə,dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki,”Azərbaycana xoş gəlmisiniz”!

Həsən Bayramov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasınınüzvü,İcmanın Binəqədi rayon Nümayəndəsi, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri və professoru, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki


SON XƏBƏRLƏR

14 Noyabr 2024