• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

BDU-da “Eko məkan” açıldı - FOTOLAR

CƏMİYYƏT

14 Noyabr 2024 | 15:29 | Müəllif: Əli Hüseynov

BDU-da “Eko məkan” açıldı - FOTOLAR

Bakı Dövlət Universitetində “Eko məkan” açılışı olub.

Bakıvaxtı.az xəbər verir ki, BDU-nun ərazisində təqribən 1000 kv.m sahədə yaradılmış “Eko məkan” COP-29 konfransının keçirildiyi bir dövrdə Universitetin bu istiqamətdə reallaşdırdığı yeni unikal və innovativ layihələrindən biridir.

Bildirilib ki, "Eko Məkan" tələbə və tədqiqatçıların ətraf mühitin qorunması sahəsində daha geniş məlumat və təcrübə qazanmalarını təmin edəcək, həmçinin müxtəlif tədbirlərin keçirilməsi və asudə vaxtın təşkilinə imkan yaradacaq. 

Qeyd olunub ki, “Eko Məkan” yeni innovativ texnologiya və metodlarla “yaşıl enerji” ilə “yaşıl qida” istehsalı, “yaşıl atmosfer”in formalaşdırılması yollarının tələbələrə öyrədilməsi, həmçinin ictimaiyyətin maarfifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 

“Eko Məkan” müasir texnologiyaları və ekoloji həlləri xüsusi bir yanaşma ilə bir araya gətirir. Burada ətraf mühitin müxtəlif ekoloji aspektlərini təhlil etmək və elmi biliklərin praktiki tətbiqinə şərait yaratmaq məqsədilə xüsusi sahələr yaradılıb.

Mina Mikayılova


BDU-da “Eko məkan” açıldı - FOTOLARBDU-da “Eko məkan” açıldı - FOTOLARBDU-da “Eko məkan” açıldı - FOTOLARBDU-da “Eko məkan” açıldı - FOTOLARBDU-da “Eko məkan” açıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026