Azərbaycan və Şimali Makedoniyanın prezidentləri İlham Əliyev və Qordana Silyanovska-Davkova bir-birilərini qarşılıqlı səfərə dəvət ediblər.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, prezidentlər arasında görüş Bakıda baş tutub.
Şimali Makedoniya Prezidenti Bakıda bu günlərdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfər edib.
Məlumata görə, dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olunub.